İlham Əliyev bu sözləri ilk dəfə dedi: "Türkiyə -Rusiya Birgə Monitoring Mərkəzi..." @TV Musavat

Vətən müharibəsində qələbə əldə etməyimizdə düzgün informasiya siyasətinin də mühüm əhəmiyyəti oldu. Azərbaycanın media komponentləri və tanınmış media avtoritetləri bütün umu-küsüləri, özəl və korporativ maraqları bir kənara buraxaraq vətən müharibəsində Ali Baş komandanın və ordunun yanında oldular. Həmin müddətdə həm də medianın əyər-əskikləri bilindi və ortaya çıxdı. Nədir onlar? Məsələn, Azərbaycan mediasının ilk 3 problemi nədir? Digər problemləri nədir? Təsadüfi deyil ki, müharibədən dərhal sonra Azərbaycanın media seqmentində islahatların başlanmasına start verildi. Ölkədə illərlə davam edən media sistemi hal-hazırda kökündən dəyişdirilməkdədir. Artıq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olunub. Onun və digər təsisatların yerinə Media Agentliyi yaradılıb. Proses davam edir. Amma haraya qədər? Bu sürəci media ekspertləri necə şərh edirlər? Son illər dünyada da belə bir qənaət hasil olub ki, ən yaxşı siyasi ekspertlər elə sahə jurnalistləridir. Onlar daim oxuyur, öyrənir və xəbər modubda olurlar. Bu gün studiyamızın qonaqları Azərbaycanın tanınmış media adamlarıdır. Xural TV-nin rəhbəri Əvəz Zeynallı və Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli ilə ölkə problemlərinə medianın gözü ilə baxacağıq. Təbii, postmüharibə dönəmindəki digər mövzuları da unutmadan. Ölkə insanının əsas nəzər- diqqəti hazırda hansısa media islahatlarında deyil, Qarabağda, Xankəndində baş verən olaylardadır. Ermənistan daxili ziddiyyətlərlə qaynayır, Xankəndində isə təxribatlar ara vermir. Belə bir durumda Azərbaycan insanı narahat olmalıdırmı? Yoxsa hər şeyi prezidentə, iqtidara, orduya etibar edib, öz gündəlik həyatı ilə məşğul olmalıdır.